RU

İranda etirazlarda ölənlərin sayı 7 mini ötdü HRANA

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-da yerləşən İran İnsan Haqları Aktivistləri Xəbər Agentliyi (HRANA) 8-9 yanvar tarixlərində təhlükəsizlik qüvvələri tərəfindən yatırılan İranda etirazlarda ölənlərin yeni sayı açıqlayıb.

525.az xəbər verir ki, HRANA-nın məlumatına görə, ölkənin bir çox yerində baş verən etirazlar zamanı baş verən hadisələrdə 52 941 nəfər saxlanılıb və 214 təhlükəsizlik işçisi də daxil olmaqla 7002 nəfər həyatını itirib.

Son olaraq 6984 nəfərin öldüyünü açıqlayan HRANA, hazırda daha 11730 hadisənin araşdırıldığını da bildirib.

Xatırladaq ki, İranda 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar, yerli valyutnın xarici valyutalara nisbətən sürətlə dəyərdən düşməsi və iqtisadi çətinliklərin dərinləşməsi səbəbindən ölkə miqyasında yayıldı. 8 yanvarda paytaxt Tehranda baş verən etirazlar zamanı daha da şiddətlənən hadisələrdən sonra hökumət internetə çıxışı bağladı və təhlükəsizlik qüvvələri 8-9 yanvar tarixlərində baş verən etirazları yatırmaq üçün müdaxilə etdi. İran Şəhidləri və Veteranları Fondu Məhkəmə Tibbi İnstitutuna istinadən 21 yanvarda təhlükəsizlik qüvvələri və mülki şəxslər də daxil olmaqla 3117 nəfərin etirazlarda həyatını itirdiyini açıqlayıb.

İbrahim Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
525.az

1Источники