RU

Bunlar uşaqlar üçün ən zərərli və təhlükəli məhsullar hesab olunur Mütəxəssis

525.az saytına istinadən ain.az xəbər verir.

“Bu gün bir çox qidaların yanında təqdim olunan mayonez və uşaqlar üçün ən zərərli və təhlükəli məhsullar hesab olunur. Uşaqların dad reseptorları və həzm sistemi hələ tam formalaşmadığı üçün bu məhsulların sənaye üsulu ilə hazırlanması bir sıra fəsadlara yol aça bilər”.

Bunu Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova 525.az-a bildirib.

O vurğulayıb ki, mayonezin tərkibinə müxtəlif mənşəli bitki yağları, duz, şəkər, konservantlar, stabilizatorlar və digər kimyəvi qatqılar da yer alır. Bu qatqı maddələrinin həddindən artıq istifadəsi daxili orqanların funksiyalarının pozulmasına səbəb ola bilər:

“Ketçupun tərkibində bəzən pomidor püresi və ya onun konsentratı istifadə edilsə də, eyni zamanda həddən artıq miqdarda şəkər, qlükoza və ya fruktoza siropu əlavə olunur. Bununla yanaşı qatlaşdırıcılar, konservantlar və digər əlavələrdən də istifadə edilir. Bu maddələr dad reseptorlarının zəifləməsinə və zamanla itməsinə səbəb ola bilər. Çünki çoxlu qatqı maddəsi olan qidalar digər təbii və neytral dadlara nisbətən daha cəlbedici olur və uşaqlarda asılılıq yaradır. Nəticədə həmin dadı hiss etmək üçün hər yeməkdə tez-tez istifadə edilməyə başlanır”,

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
97
39
525.az

10Источники