RU

Rusiya Ukraynaya kütləvi hücum edib: enerji obyektləri hədəf alınıb

Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya qüvvələri fevralın 12-nə keçən gecə Ukrayna ərazisinə genişmiqyaslı hava hücumu həyata keçirib.

SİA-nın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında məlumat verib. Prezidentin sözlərinə görə, hücum zamanı Ukraynaya qarşı 219 ədəd zərbə tipli pilotsuz uçuş aparatı və 25 raket istifadə olunub. Hücumun əsas hədəfi Kiyev, Odessa və Dnipro şəhərlərində enerji infrastrukturu, o cümlədən elektrik istehsalı obyektləri və yarımstansiyalar olub.

Zelenski bildirib ki, düşmənin hava hədəflərinin böyük hissəsi zərərsizləşdirilsə də, bütün hücumların qarşısını almaq mümkün olmayıb. Hücum nəticəsində iki nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

“Xarkov, Donetsk, Kiyev və Xerson vilayətlərində dağıntılar var. Kramatorsk şəhərində pilotsuz aparat Fövqəladə Hallar Xidmətinin binasına zərbə endirib. Paytaxtda vəziyyət mürəkkəbdir, çox sayda bina istiliksiz qalıb”, – deyə o qeyd edib.

Dövlət başçısı vurğulayıb ki, Ukrayna hava hücumundan müdafiə sistemləri, xüsusilə Patriot kompleksləri üçün raketləri daha sürətli almalıdır.

“Rusiya ballistik raketlərinə qarşı ən effektiv vasitə məhz Patriot sistemləridir və bu komplekslər üçün raketlərin tədarükü gündəlik əsasda təmin olunmalıdır. Hava hücumundan müdafiə ilə bağlı mövcud proqramlar çərçivəsində nəzərdə tutulan bütün vasitələr daha tez çatdırılmalıdır”, – deyə Zelenski əlavə edib.

Qeyd edək ki, son hücum nəticəsində Kiyevdə kritik infrastruktur obyektlərinə ziyan dəyib və təxminən 2,6 minə yaxın bina istilik təchizatından məhrum olub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
1
sia.az

2Источники