Bu ilin yanvar ayında Azərbaycanın icmal büdcəsinə daxilolmalar 4 milyard 411,9 milyon manat olub.
BAKU.WS Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, hesabat dövründə büdcə xərcləri 1 milyard 717,5 milyon manat təşkil edib.
Nəticədə ötən ay üzrə icmal büdcədə 2 milyard 694,4 milyon manat həcmində artıqlıq (profisit) qeydə alınıb.