RU

Bakıda qadın sürücünün üzünə tüpürən "parkovşik" həbs edildi

Bakıda qadın sürücüyə sillə vurub üzünə tüpürən "parkovşik" həbs olunub.

Publika.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

1984-cü il təvəllüdlü C.V. xanım sürücü S.D. ilə mübahisə edib. Mübahisə C.V.-nin dayanma-durmanı qadağan edən nişanı sökərək, qanunsuz parklanma yerləri yaratması ilə bağlı olub.

Qadın bu hərəkətə etiraz edib. Həmin ərazidə qanunsuz "parkovşik" kimi fəaliyyət göstərən C.V. isə əvvəlcə qadına təpik atıb, daha sonra üzünə iki dəfə sillə vurub və tüpürərək ərazidən uzaqlaşıb.

Избранный
164
50
publika.az

10Источники