RU

ABŞ dan İrana qarşı yeni təlimat: İkinci təyyarədaşıyan gəmi göndərilir

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İrana qarşı çəkindirməni artırmaq məqsədilə Yaxın Şərqə göndərilməsi üçün daha bir təyyarədaşıyan gəmiyə tapşırıq verib.

Ölkə.az “Wall Street Journal”a istinadən xəbər verir ki,  Pentaqon Yaxın Şərqdə hərbi gücünü artırmaq üçün yeni bir addım atıb.

Nəşçr yazıb ki, bu  ABŞ-ın regionda çəkindirmə qabiliyyətini artırmaq məqsədi daşıyır. " Müdafiə Nazirliyi müttəfiqlərini dəstəkləmək və regionda təhlükəsizliyi təmin etmək üçün hərbi mövcudluğunu gücləndirir", - nəşr yazıb.

Nəşr qeyd edib ki, qərar verilərsə, Pentaqon iki həftə ərzində ABŞ-ın şərq sahillərindən “USS George HW Bush” təyyarədaşıyan gəmisini bölgəyə göndərə bilər.

Xatırladaq ki, ABŞ bundan öncə Hərbi Dəniz Qüvvələrinin Abraham Lincoln təyyarədaşıyan gəmisini  bölgəyə göndərib.

 Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
10
2
olke.az

3Источники