RU

Almaniya hökuməti NATO Hərbi Komitəsinin sədri vəzifəsinə Bundesverin baş inspektorunu namizəd göstərib

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Berlin, 12 fevral, AZƏRTAC

Almaniya hökuməti Silahlı Qüvvələrin (Bundesver) baş inspektoru general Karsten Broyerin NATO-nun Hərbi Komitəsinin sədri vəzifəsinə namizədliyini irəli sürüb.

AZƏRTAC Almaniyanın “Deutschlandfunk” radiosuna istinadla xəbər verir ki, bu barədə müdafiə naziri Boris Pistorius məlumat verib.

Karsten Broyerin mükəmməl namizəd olduğunu vurğulayan B.Pistorius generalın son illər Almaniyanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

NATO-nun Hərbi Komitəsi Alyansın ən yüksək hərbi instansiyası hesab olunur. Komitənin sədri vəzifəsinə seçkilər sentyabrda keçiriləcək. Hazırda bu vəzifəni italiyalı admiral Kavo Draqone tutur.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
1
azertag.az

2Источники