RU

Suriya prezidentinə sui-qəsd cəhdi oldu

Ötən il Suriya prezidenti Əhməd Əl Şaraa, Suriyanın daxili işlər naziri Ənəs Xəttab və Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybaniyə qarşı beş sui-qəsd cəhdin qarşısı alınıb.

KONKRET.az xəbər verir ki, bu barədə məlumat BMT-nin hesabatında yer alıb.

Belə ki, qurumun Terrorla Mübarizə İdarəsi tərəfindən hazırlanan hesabatda bildirilir ki, Suriya prezidenti Şaraa, daxili işlər naziri və xarici işlər naziri ötən il beş sui-qəsd cəhdinin hədəfinə çevrilib, lakin bunların hamısının qarşısı alınıb.

Şaraanın Hələbin şimalında və Dəraanın cənubunda “hədəfə alındığı” bildirilən hesabatda bu hücumların İŞİD terror qruplaşmasının ön cəbhəsi hesab edilən Ənsar əl-Sünnə tərəfindən həyata keçirildiyi bildirilir.

Hesabatda sui-qəsd cəhdləri ilə bağlı tarixlər və ya təfərrüatlar verilməsə də, Şaraanın İŞİD-in “əsas hədəfi” hesab edildiyi və bu cəhdlərin onların Suriya hökumətini zəiflətmək niyyətinin sübutu olduğu vurğulanıb.

Избранный
22
4
konkret.az

5Источники