RU

Banqladeşdə parlament seçkisi zamanı partlayış: Yaralananlar var

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Banqladeşin mərkəzi hissəsində 13-cü parlament seçkisi və referendumun keçirildiyi seçki məntəqələrində əldəqayırma bombalar işə düşüb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Star" nəşri məlumat verib.

"Hadisə yerli vaxtla saat 09:00 civarında (Bakı vaxtı ilə saat 07:00) Niçupara rayonundakı Reşma Beynəlxalq Məktəbində təşkil olunmuş seçki məntəqəsində baş verib", - deyə polis rəisinin müavini Məhəmməd Sərvər Hüseyn nəşrə bildirib.

Onun məlumatına əsasən, bu, əldəqayırma partlayıcı qurğu olub. Biri uşaq olmaqla, üç nəfər xəsarət alıb.

Əldəqayırma bomba ilə digər bir partlayış isə səhər saatlarında Munşiqanj Sadar rayonunda yerləşən Mahati Quruçaran orta məktəbində baş verib. Bundan sonra rəqib namizədlərin tərəfdarları arasında toqquşma baş verib.

Qeyd edək ki, Banqladeşdə seçki yüksək təhlükəsizlik tədbirləri şərtlərində keçirilir. Qanun və ictimai asayişin qorunmasına təxminən bir milyon güc strukturu nümayəndəsi cəlb olunub. Seçki məntəqələrinin 90 faizi videomüşahidə sistemləri ilə təchiz edilib.

Banqladeşdə parlament seçkisi artıq 13-cü dəfədir baş tutur. 299 seçki dairəsi üzrə 127.7 milyon seçici öz nümayəndələrini seçə bilər. Səsvermənin saat 16:30-da (Bakı vaxtı ilə saat 14:30) yekunlaşması planlaşdırılıb. Bundan sonra səslərin sayılmasına başlanılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
2
oxu.az

3Источники