RU

“Trabzonspor”-“Fənərbağça” oyununun hakimi açıqlanıb

Bakı, 12 fevral, AZƏRTAC

Futbol üzrə Türkiyə Superliqasının XXII turunda keçiriləcək “Trabzonspor”-“Fənərbağça” oyununun hakimi bəlli olub.

AZƏRTAC xəbər verir ki, turun mərkəzi görüşünü FIFA referisi Halil Umut Meler idarə edəcək.

Qeyd edək ki, fevralın 14-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Избранный
76
1
azertag.az

2Источники