Aktual.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, departament 21 ölkəni "4-cü Səviyyə" kateqoriyasına daxil edib və vətəndaşlarını bu ölkələrə səyahət etməkdən çəkinməyə çağırıb.
Siyahıya Əfqanıstan, Myanma, İran, İraq, Livan, Şimali Koreya, Suriya, Yəmən, Belarus, Rusiya, Ukrayna, Burkina Faso, Mərkəzi Afrika Respublikası, Liviya, Mali, Niger, Somali, Cənubi Sudan, Sudan, Haiti və Venesuela daxildir.