RU

Fuad Qəhrəmanlı pulları belə alıb GİZLİ VİDEO YAYILDI

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Fuad Qəhrəmanlı dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə yönələn hərəkətlərdə iştirak etməkdə təqsirləndirilir. İttihama görə, o, 2013-cü ildə xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə həyata keçirilməsi iddia olunan plan çərçivəsində fəaliyyət göstərən qrupun üzvlərindən biri olub.

"AzPolitika" xəbər verir ki, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin yaydığı videoməlumatda öz əksini tapıb.

Eyni zamanda bildirilib ki, 2020-ci ilin iyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən yürüş zamanı Fuad Qəhrəmanlıya kiçik qruplar təşkil edərək aksiyaya qoşulmaq, vəziyyəti təxribat xarakterli çağırışlarla dəyişmək və xaos yaratmaq tapşırığı verilib. İddialara əsasən, planın məqsədi Milli Məclis və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binalarını ələ keçirmək olub.

Fuad Qəhrəmanlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci maddəsi (hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər) ilə təqsirləndirilir. O, hazırda ölkə xaricində olduğuna görə barəsində axtarış elan edilib və məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
azpolitika.info

1Источники