RU

İkardinin tarixi qolu kuboka təsadüf etdi - İCMAL

Türkiyə kubokunda qrup mərhələsinin 3-cü turunun oyunları keçirildi.

"Football-plus.az" xəbər verir ki, ilk oyun günündə favoritlər – “Trabzonspor”la “Samsunspor” eyni ssenari ilə, yəni fasilədən sonra vurduqları qollarla rahat qələbə qazandılar.

Günün və bu turun ən diqqətçəkən nəticəsi İğdırda qeydə alındı. Bu şəhərin 1-ci liqada oynayan eyniadlı komandası superliqa təmsilçisi “Antalyaspor”un qapısından 6 (!) cavabsız qol keçirdi. Turnirin tarixində buna qədər elita təmsilçisinin aşağı liqa klubuna 6 top fərqi ilə uduzması faktına rast gəlinməmişdi. İkinci oyun günü sürprizsiz ötüşdü. “İstanbul BŞ” superliqada sonuncu pillədə qərarlaşmış “Fatih Karagümrük”ü darmadağın etdisə, “Alanyaspor” Bolu səfərindən 4 cavabsız qolla döndü. Son vaxtlar yüksəlməyə başlayan “Eyüpspor” “Gənclərbirliyi” səfərində 2 topluq fərqi aradan qaldıraraq 1 xal qazandı. İstanbul klubu ardıcıl 5-ci rəsmi oyunda uduzmadı. Halbuki komanda bu seriyaya qədər ardıcıl 3 qarşılaşmada uduzmuşdu. “Qalatasaray” əsas heyətlə oynamamasına baxmayaraq, aşağı liqa təmsilçisi “İstanbulspor”u rahat yendi. Düzdü, qapını toxunulmaz saxlamaq mümkün olmadı.

“Cim-Bom”, ümumiyyətlə, bu baxımdan problem yaşayır. Komanda son 9 rəsmi oyunun yalnız birində qapısını toxunulmaz saxlayıb. Amma yekun nəticə uğurlu alındı. Mauro İkardi, nəhayət, George Hacinin əbədi rekordunu yenilədi. 73-cü qolunu vuran və Hacini (72) geridə qoyan ünlü argentinalı forvard “Qalatasaray” tarixinin ən məhsuldar əcnəbi futbolçusuna çevrildi.

qrup mərhələsi, 3-cü tur
A qrupu
Qalatasaray – İstanbulspor 3:1

İkardi, 6. Torreyra, 25. Ahmed Kutucu, 33 – Mamadu, 26.
Qalatasaray: Günay Güvənç, Gökdəniz Gürpüz (Ada Yüzgeç, 75), Lemina (Sinqo, 75), Kazımcan Karataş (Yusuf Kahraman, 87), Ərən Elmalı (Furkan Koçak, 82), Kaan Ayhan, Torreyra (Barış Alpər Yılmaz, 46), Asprilya, İlkay Gündoğan, Ahmed Kutucu (Yakobs, 52), İkardi.

Trabzonspor – Fəthiyəspor 3:0
Muçi, 69. Onuaçu, 77. Nvakaeme, 79.
Trabzonspor: Ahmet Yıldırım, Mustafa Eskihellaç (Bataqov, 80), Okay Yokuşlu (Jabol-Folkarelli, 69), Nvaivu, Lövik, Ozan Tufan (Pina, 69), Buşari (Ulai, 46), Auqusto (Onuaçu, 46), Muçi, Nvakaeme, Umut Nayır.

Fatih Karagümrük – İstanbul BŞ 1:4
Kone, 79 – Fayzullayev, 8. Şomurodov, 22. Kreşpo, 50. Brniç, 65.

Boluspor – Alanyaspor 0:4
Haci, 47; 57. Munye, 60; 68.

1. Qalatasaray 3 3 0 0 6-2 9
2. Alanyaspor 3 2 1 0 7-2 7
3. Trabzonspor 3 2 0 1 9-2 6
4. İstanbul BŞ 3 2 0 1 6-3 6
5. Fatih Karagümrük 3 0 2 1 3-6 2
6. Fəthiyəspor 3 0 1 2 1-5 1
7. Boluspor 3 0 1 2 1-6 1
8. İstanbulspor 3 0 1 2 2-9 1

B qrupu
Samsunspor – Bodrum 2:0
Muandilmaci, 48; 90+3.
Samsunspor: İrfan Can Eğribayat, Mendes, Borevkoviç, Yunus Əmrə Çift, Sonər Gönül, Yalçın Kayan, Cəlil Yüksəl (Enes Albak, 65), Nçam (Assumu, 46), Holse (Makumbu, 46), Elayis Tavşan (Carcu, 46), Muandilmaci.

İğdır – Antalyaspor 6:0
Konte, 12; 24. Suares, 16. Rotariu, 31. Özdər Özcan, 50. Bruno, 85.

Gənclərbirliyi – Eyüpspor 2:2
Vareşanoviç, 12. Ensar Kemaloğlu, 24-p. – Torres, 34; 44.

1. Samsunspor 3 3 0 0 10-3 9
2. Gənclərbirliyi 3 2 1 0 6-4 7
3. Konyaspor 2 2 0 0 3-1 6
5. İğdır 3 1 1 1 9-4 4
4. Eyüspor 3 1 1 1 5-5 4
6. Aliağa Futbol 2 0 1 1 4-8 1
7. Bodrum 3 0 0 3 3-7 0
8. Antalyaspor 3 0 0 3 0-8 0

C qrupu
Çaykur Rizəspor – Beyoğlu Yeni Çarşı SF 1:1

Taylan Antalyalı, 56-p. – Alhan Kurtoğlu, 7.

Keçiörəngücü – Qaziantep 1:5
Əli Akman, 6-p. – Lunqoyi, 3. Sanqare, 29. Draquş, 41-p.; 65. Muhammet Akmelek, 83-p.

1. Beşiktaş 2 2 0 0 5-1 6
2. Qaziantep 3 2 0 1 8-6 6
3. Çaykur Rizəspor 3 1 1 1 6-5 4
4. Kocaelispor 2 1 0 1 3-2 3
5. Ərzurumspor 2 1 0 1 3-3 3
6. Fənərbaxça 2 1 0 1 2-2 3
7. Keçiörəngücü 3 1 0 2 4-9 3
8. Beyoğlu Yeni Çarşı SF 3 0 1 2 2-5 1

Избранный
133
1
football-plus.az

2Источники