RU

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov barəsində qiyabi həbs qərarı verildi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Dövlət TəhlükəsizliyiXidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayətəməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

Trend xəbərverir ki, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdovbarəsində məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiriseçilmişdir.

Belə ki, xarici xüsusi xidmət orqanlarının Azərbaycanıntəhlükəsizliyinə, milli maraq və mənafelərinə qarşı həyatakeçirdikləri təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasıilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən görülmüşkompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasınınvətəndaşları - Mehdiyev Ramiz Ənvər oğlu, Abbasov Abbas Aydın oğlu,Kərimli Əli Əmirhüseyn oğlu və qeyrilərinin hakimiyyətin zorla ələkeçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorladəyişdirilməsinə yönələn hərəkətlər etmələrinə əsaslı şübhələryaranıb.

Cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamaəsasən, xarici ölkənin xüsusi xidmət orqanları tərəfindənAzərbaycandakı siyasi proseslərə müdaxilə etmək məqsədiləyaradılaraq 4 iyul 2012-ci ildə xarici ölkədə “Rusiya AzərbaycanTəşkilatları İttifaqı” adı altında qeydiyyatdan keçirilmiş və“Milyarderlər İttifaqı” adlandırılan təşkilatın həmtəsisçiləri vərəhbərləri olmuş Abbasov Abbas Aydın oğlu və İbrahimbəyov RüstəmMəmməd İbrahim oğlu, eləcə də Mehdiyev Ramiz Ənvər oğlu, AzərbaycanXalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğlu,partiyanın üzvləri - Qəhrəmanlı Fuad Əli oğlu, Zayıdov QənimətSəlim oğlu və qeyriləri dövlət hakimiyyətinin zorla ələkeçirilməsi, dövlətin mövcud konstitusiya quruluşunun zorladəyişdirilməsi barədə sövdələşiblər.

Onlar 2013-cü ildə Azərbaycan Respublikası Prezidentiseçkilərində xarici ölkə vətəndaşı Rüstəm İbrahimbəyovunnamizədliyini irəli sürən “Demokratik Qüvvələrin Milli Şurası”(Milli Şura) adlı təşkilat yaratdıqdan sonra xarici xüsusi xidmətorqanlarının maddi yardımı və digər formalarda təşkilati dəstəyiilə dövlət hakimiyyətinin zorla ələ keçirilməsi üçün kütləviiğtişaşların törədilməsi, hakimiyyət nümayəndələrinin qanunitələblərinə tabe olunmaması, ictimai qaydanın, nəqliyyat, müəssisə,idarə və təşkilatların işinin pozulması istiqamətində fəaliyyətgöstərmiş, həmçinin bu məqsədlə respublikanın müxtəlifrayonlarından insanların cəlb edilməsi üçün AXCP-nin üzvü İbrahimMəmməd Əziz oğlu və digərləri vasitəsilə qəbul etdikləri 933.828,40manat məbləğində pul vəsaitini, o cümlədən Ramiz Mehdiyev və AbbasAbbasovdan əldə edilən maddi vəsaitləri qeyd olunan əməllərintörədilməsinə yönəldiblər.

Sadalanan cinayət əməllərində iştiraklarına görə, Abbas Abbasov,Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət ZayıdovAzərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (hakimiyyətinzorla ələ keçirilməsinə, yaxud zorla saxlanılmasına, habelədövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələnhərəkətlər), Eldar Əmirov 32.5, 278.1 (hakimiyyətin zorla ələkeçirilməsinə, yaxud zorla saxlanılmasına, habelə dövlətinkonstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlərəkömək etmə), Ramiz Mehdiyev 193-1.3.2 (cinayət yolu ilə əldəedilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 274 (dövlətə xəyanət)və 278.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismindəməsuliyyətə cəlb edilmişdir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov AzərbaycanRespublikası ərazisindən kənarda olduqları və istintaqdangizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmətərəfindən qiyabi həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Избранный
51
20
az.trend.az

10Источники