RU

​“Fənərbağça”nın ulduzu ispanların dilindən düşmür

“Fənərbağça”nın ulduz futbolçusu Marko Asensio göstərdiyi parlaq performansla İspaniya mətbuatının diqqət mərkəzinə düşüb. Metbuat.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Türkiyə Superliqasında uğurlu oyunu ilə komandası üçün həlledici fiqura çevrilib. İspan qəzetləri Asensionun “Fənərbağça”da yenidən “özünə gəldiyini” və meydanda liderlik etdiyini yazır. Xüsusilə hücum xəttindəki effektiv oyunu və məhsuldarlığı mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Qeyd olunur ki, Asensio bu çıxışı ilə həm klubunun çempionluq iddiasını gücləndirib, həm də Avropa futbolunun gündəminə yenidən qayıdıb.

İspaniya mətbuatı 30 yaşlı Marko Asensionun yenidən milli komandaya qayıdacağını istisna etməyib.

Избранный
5
metbuat.az

1Источники