RU

İsveçdə naməlum virus AŞKARLANIB

Ajans.az xəbər verir ki, bu barədə İsveç Milli Baytarlıq İnstitutu (SVA) məlumat yayıb. Virus, poxviruslar ailəsinə aiddir və heyvanlarda olduğu kimi, nadir hallarda insanlarda da dəri zədələnmələrinə səbəb ola bilər. Məlumata görə, at parapokvirusu ilk dəfə 2021-ci ildə Finlandiyada aşkar edilib və bir neçə at fermasında epidemiyaya yol açıb. Mütəxəssislər artıq virusun İsveçdə də mövcud olduğunu təsdiqləyiblər. Baytarlıq rəsmiləri bildirir ki, infeksiyanın daha da yayılma riski hazırda aşağı qiymətləndirilir. Virus heyvanlar arasında birbaşa təmas yolu ilə, həmçinin çirklənmiş avadanlıq, geyim və əllər vasitəsilə ötürülə bilər. Baytarlar xəstə atları təcrid etməyi və onlarla işləyərkən birdəfəlik əlcəklərdən və qoruyucu geyimlərdən istifadə etməyi tövsiyə edir. Mütəxəssislər qeyd edir ki, infeksiya zoonotikdir – heyvanlardan insanlara ötürülə bilər. İnsan yoluxmaları nadir hallarda baş verir və adətən yüngül keçir, lakin heyvanlarla təmasda ehtiyat tədbirləri görmək vacibdir. Baytarlıq xidmətləri virusun ölkənin digər bölgələrinə yayılmasının qarşısını almaq üçün vəziyyəti yaxından izləyir.

 

Избранный
12
Ajans.az

1Источники