RU

İran mollası yenidən Azərbaycanı ittiham etdi

İranın Kərəc şəhərinin keçmiş cümə imamı, hökumət mollası Şeyx Yunis Turabi növbəti dəfə Azərbaycana qarşı əsassız iddialar səsləndirib.

Missiya.Az xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, İsrailin İrana son hərbi hücumlarını şərh edən molla Azərbaycanı sərt ittiham edib.

Onun iddiasına görə, İsrailin F-35 qırıcıları guya Azərbaycandan havaya qalxaraq İrana zərbələr endirib.

Hökumət mollası Azərbaycan dövlətinin guya xalqın İsrailin İrana hücumlarını pisləmək üçün küçələrə çıxmasına icazə vermədiyini iddia edib.

Qeyd olunub ki, bu fikirlər də konkret mənbə və dəlillərlə əsaslandırılmayıb. Sübut təqdim etmədən qonşu ölkəni ittiham etmək nə dini məsuliyyətlə, nə də siyasi yetkinliklə uyğun deyil. Din adı ilə əsassız iddialar səsləndirmək reallığı dəyişmir, yalnız etimadsızlığı artırır. Eyni zamanda, minbəri siyasi təbliğat və böhtan meydanına çevirmək məsuliyyətsizlik və vicdansızlıqdır. Hər məsələyə qarışıb qonşu ölkələrə böhtan atmaq din xadiminə yox, ucuz təxribatçıya yaraşır.

Daşqın HəsənovMissiya.Az

Избранный
61
missiya.az

1Источники