RU

İtaliyada Olimpiya obyektlərinə aparan dəmiryol xətti yandırıldı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İtaliyanın şimalında naməlum şəxslər Bormio və Livinyodakı Olimpiya obyektlərinə aparan "Lekko-Tirano" dəmiryol xəttini yandırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti Lombardiya polisi və prokurorluğuna istinadən məlumat yayıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, yerli vaxtla təxminən saat 2 radələrində (Bakı vaxtı ilə saat 5 radələri) ümumi sahəsi 64 kv.m olan mübadilə məntəqəsində yeddi kabel xətti alovlanıb.

Hadisə yerində tezalışan şüşənin qalıqları tapılıb.

Polis bu hadisənin Bolonya və Pesaroda dəmir yolu relslərində baş verən oxşar yanğınlarla əlaqəli olduğunu düşünür.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
27
oxu.az

1Источники