RU

Hülya Avşarın effektsiz halı gündəm oldu

Tanınmış aktrisa Hülya Avşar yeni ekran işi "Aynı yağmurun altında" serialındakı görüntüləri ilə diqqət çəkib. 

Sabahinfo.az xəbər verir ki, Avşarın serialda yer aldığı səhnələrdə effektdən istifadə olunub. 

Bununla yanaşı,  aktrisanın setdən effektsiz videosu yayımlanıb. Ortaya çıxan kadrlarla ekran görüntüləri arasındakı açıq fərq sosial mediada geniş müzakirə yaradıb. Bəzi istifadəçilər vizual müdaxiləni süni hesab edərkən, digərləri bunun artıq seriallarda standart olduğunu bildiriblər.

Xatırladaq ki, daha əvvəl Avşarın 2021-ci il “Masumiyyət” serialında da oxşar vizual tətbiq diqqət çəkmişdi.

Избранный
6
2
sabahinfo.az

3Источники