RU

Fidan Zeyn: “Dedi, pulun bir hissəsini verirəm...”

“Serhat Türkiyədə şikayət etməyib. Tanıdıqlarım var, 550 min birinə, 450 min birinə, nə bilim, hər adama nə qədərsə "pul atıb", amma onlar şikayət etmirlər, çünki biri iş adamıdır, digəri vergisini ödəmir. Mənim alnım açıq, dilim uzundur!”

"Cebheinfo.az" “Yeni Sabah”-a istinadən xəbər verir ki, bunu influenser Fidan Zeyn "Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva barədə danışarkən bildirib.

O, Könül Həmzəyevanın vədlərinə aldandığını deyib:

“Dedi, pulun bir hissəsini verirəm, yazsın ki, onunla problemim yoxdur. Ətrafındakılara da dedim, mən pula görə xarakterimi satmaram! Dövlətimə arxayınam! Borcun varsa, qanun qarşısında cavab ver, ödə!

Şükür ki, hər şey hamınının gözü qabağında olub, torpaq, maşın satırdım, hər şeyi burda bölüşürdüm. Aylardır taksidəyəm. Amma o, maşınımı satıb, ertəsi gün özünə bahalı maşın aldı. Demə, işə qoymayıb, özü üçün ilkin ödəniş edib. Yanmazsız, ay qızlar? Bu, kimdir? Bu, niyə hələ də ortalıqdadır?”

Qeyd edək ki, Fidan Zeyn və “Azerina” adı ilə məşhurlaşan Əfsanə Qasımlı və tanınmış vizajist Serhat Şen və Könül Həmzəyevanın onları aldatdığını iddia edirlər.

"Cebheinfo.az"

Избранный
3
3
cebheinfo.az

4Источники