RU

Qırmızıda keçən sürücü qəza törətdi- ANBAAN GÖRÜNTÜLƏR

Ajans.az xəbər verir ki, bununla bağlı DİN-in mətbuat xidmətindən məlumat verilib. Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Svetoforun qadağanedici işarəsində hərəkəti davam etdirən minik avtomobili svetofora çırpılıb. Nəticədə 1 ədəd nəqliyyat svetoforu yararsız vəziyyətə düşüb.  Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən svetoforun yenilənməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində svetoforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.

Избранный
74
20
Ajans.az

10Источники