RU

Paytaxtda sürücü qırmızı işıqda keçərək işıqforu yararsız vəziyyətə salıb VİDEO

Bakı, 12 fevral, AZƏRTAC

Gecə saatlarında paytaxtın Nəsimi rayonu, 28 May və Rəşid Behbudov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qadağanedici işarədə hərəkəti davam etdirən sürücü minik avtomobilini işıqfora çırpıb.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəqliyyat işıqforu yararsız vəziyyətə düşüb.

İşıqforun yenilənməsi istiqamətində işlərə başlanılıb.

Qeyd edək ki, ötən il ərzində Bakı şəhərinin inzibati ərazisində yerləşən küçə və prospektlərdə baş vermiş 55 yol-nəqliyyat hadisəsi nəticəsində işıqforlara ziyan dəyib və ya onlar yararsız vəziyyətə düşüb. Bu istiqamətdə müvafiq tədbirlər görülüb.

 

Избранный
87
14
azertag.az

10Источники