RU

“Qarabağ”dan “Flamenqo”ya növbəti transfer?

ain.az bildirir, sport24.az saytına əsaslanaraq.

"Flamenqo" klubu "Qarabağ"ın daha bir futbolçusunu heyətinə qata bilər. Sport24.az-ın əldə etdiyi məlumata görə, Pedro Bikalyo Braziliya təmsilçisinin transfer siyahısındadır."Flamenqo" 24 yaşlı yarımmüdafiəçi ilə yaxından maraqlanır.Çünki Felipe Luisin baş məşqçisi olduğu kollektiv bir neçə orta xətt oyunçusu ilə maraqlansa da, uğursuzluqla üzləşib. Klubun istədiyi futbolçulardan Juan Nardoni və Leonel Perez bu ölkənin digər komandası "Qremio"ya keçiblər. Bundan əlavə, Obed Varqas İspaniyanın "Atletiko" klubuna, David Ayala isə ABŞ təmsilçisi "İnter Mayami"yə transfer olunub. Maraqlıdır ki, "Flamenqo" 2025-ci ilin yanvarından "Qarabağ"dan Juninyonu heyətinə qatmışdı. Braziliyalı forvard ötən ilin sonunda Meksikanın "Pumas" komandasına satılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
24
sport24.az

1Источники