RU

Qızardılmış qidalar qəfil ölümlə riskini yüksəldə BİLƏR

ain.az bildirir, Redaktor.az portalına istinadən.

Kardioqol Elizaveta Skorodumova bildirib ki, qızardılmış qidalar və ultra-emal olunmuş məhsullar qəfil ölümlə riskini yüksəldə bilər.

Redaktor.az xəbər verir ki, o, bu haqda lenta.ru-ya danışıb.

“Hər gün istehlak olunan bəzi qidələr ateroskleroz, infarktlar, aritmiyalar vasitəsilə qəfil ürək ölümü ilə nəticələnə bilər,” – deyə həkim bildirib. “Qızardılmış qidaların, ultra-emal olunmuş məhsulların və doymuş yağların müntəzəm istehlakı bu riskləri kəskin şəkildə artırır, və bu, araşdırmalarla təsdiqlənir.”

Skorodumovanın sözlərinə görə, qızardılmış toyuq və kartof-fri kimi məhsulların müntəzəm istehlakı ölüm riskini 13-28 faiz artırır. Bu, qidadakı transyağlar səbəbindən damar iltihabının yaranması ilə bağlıdır. Duza və xolesterinə zəngin kolbasa, sosiska və hisə verilmiş məhsullar isə ürək xəstəlikləri olan xəstələrdə ölüm riskini 10-40 faiz yüksəldir.

“Bu qidalar xolesterin lövhələrinin yığılmasına, təzyiqin sıçrayışına və aritmiyalara səbəb olur, nəticədə fatal infarkt və ya insult baş verir. Qızardılmış qidələrin sobada bişmiş variantlarla əvəz olunması, duzun məhdudlaşdırılması və ultra-emal olunmuş məhsullardan imtina qəfil ölüm riskini 36 faiz azaldır,” – deyə Skorodumova yekunlaşdırıb.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
10
1
redaktor.az

2Источники