RU

Amerika kəşfiyyat təyyarəsi İran sərhədində görünüb

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus Boeing P-8A Poseidon kəşfiyyat təyyarəsi və MQ-4C Triton pilotsuz uçuş aparatı İran sərhədi yaxınlığında müşahidə olunub.

AzPost bildirir ki, bu barədə RİA Novosti uçuş məlumatlarına əsasən aşkar edib.

Uçuş marşrutuna görə, təyyarə Bəhreyndən yola düşüb və Hörmüz boğazı üzərində dövrə vurub, pilotsuz təyyarə isə Əbu-Dabidən yola düşüb və Oman körfəzində patrul xidməti həyata keçirib.

ABŞ prezidenti Donald Tramp İrandan ölkənin nüvə silahlarına son qoymaq üçün müqavilə imzalamasını tələb edir. O, xəbərdarlıq edib ki, əks halda İranı ötən yaydan daha güclü hücumla üzləşəcək. Yanvarın sonlarında ABŞ Oman körfəzinə və Fars körfəzinə hərbi gəmilər göndərib. Pentaqon katibi Pit Heqset daha sonra əlavə qüvvələrin yerləşdirildiyini açıqlayıb.

Mediada yayılan məlumatlara görə, Vaşinqton Tehranın nüvə proqramını məhdudlaşdırmaq üçün əlavə addımlar atmasını, o cümlədən uran zənginləşdirilməsinin tamamilə dayandırılmasını və ballistik raket istehsalına məhdudiyyətlərin qoyulmasını gözləyir.

AzPost.az

Избранный
41
azpost.info

1Источники