RU

Konte cəzalandırıla bilər

“Napoli”nin baş məşqçisi Antonio Konte barəsində İtaliya Kuboku matçında “Komo”ya (1:1) qarşı keçirilən oyundan sonra intizam araşdırması aparılıb.

Msport.az xəbər verir ki, məşqçi oyun zamanı hakim Canluka Manqaniellonu təhqir edib.

Konte hakimi “axmaq” adlandırıb və ondan monitora gedib “Komo”nun müdafiəçisi Yakobo Ramonla bağlı hadisəni mümkün qırmızı vərəqə üçün nəzərdən keçirməsini tələb edib.

Futbol federasiyasının nümayəndələrinin artıq məşqçinin günahını təsdiqləyə biləcək video və audio sübutlar topladığı bildirilir. Konte günahını boynuna almasa və cərimə ilə razılaşmasa, bir oyunluq cəza ilə üzləşə bilər.

Избранный
10
2
msport.az

3Источники