RU

Azərbaycan ABŞ strateji tərəfdaşlığının güclənməsi üçün əlverişli şərait

ain.az bildirir, Newscenter.az saytına əsaslanaraq.

"Hələ uzun illər öncə ABŞ şirkətlərinin “Əsrin müqaviləsi”ndə iştirakı və Cənub Qaz Dəhlizinə dəstək göstərməsi ABŞ-ın Azərbaycanın regional və Avropa enerji təhlükəsizliyində roluna verdiyi əhəmiyyəti nümayiş etdirir. Hasilatın pay bölgüsü sazişlərinin uzadılması və ABŞ şirkətlərinin Azərbaycan enerji təşəbbüslərində, o cümlədən Azəri–Çıraq–Günəşli yataqlarında layihələrində iştirakı bu strateji tərəfdaşlığı davam etdirir".Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Zülfiyyə Mahmudova deyib. O bildirib ki, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında son dövrdə müşahidə olunan yüksək səviyyəli əlaqələrin genişlənməsi və münasibətlərin yeni inkişaf mərhələsinə keçməsi Prezident cənab İlham Əliyevin yürütdüyü xarici siyasətin növbəti mühüm nəticələrindən hesab olunur:"Hazırda iki ölkə arasında yalnız siyasi əlaqələr deyil, eyni zamanda iqtisadi sahədə əməkdaşlıq da sürətlə inkişaf edir. Hər iki dövlət başçısı arasında yaranmış qarşılıqlı anlaşma və əməkdaşlıq ruhu Azərbaycan–ABŞ strateji tərəfdaşlığının gələcəkdə daha da güclənməsi üçün əlverişli şərait yaradır".Anar

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
1
newscenter.az

2Источники