Bakı. trend:
Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Trend MilliHidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, fevralın12-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisindəyağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraitimülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraitimüşahidə olunur.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4,Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2,Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab,Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mmolub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın,Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19,Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7,Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4,Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ,Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur,görünüş məsafəsi 500 metrədək məhdudlaşır.