RU

ADY maşinistindən xəbərdarlıq: Dəmir yollarında təhlükəsizlik həyati əhəmiyyət daşıyır

BAKI, 12 fevral. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC-də 30 ildən artıq iş təcrübəsi olan maşinist Xoşbəxt Hüseynov dəmir yollarında təhlükəsizlik qaydalarına əməl etməyin həyati əhəmiyyət daşıdığını bildirib.

Teleqraf xəbər verir ki, o, hərəkət zamanı insanların qəfil relslərə çıxmasının ciddi risklər yaratdığını vurğulayıb.

Maşinistin sözlərinə görə, bu cür hallar qatar heyəti və sərnişinlər arasında qorxu, stres və həyəcan doğurur, bəzən isə təcili tormozlamaya səbəb olur.

Qeyd olunub ki, təhlükəsizlik qaydalarının pozulması həm insan həyatı üçün təhlükə yaradır, həm də qatarlara ciddi maddi ziyan vura bilər.

ADY vətəndaşları bir daha məsuliyyətli olmağa çağıraraq bildirib ki, təhlükəsiz səfərlərin təmin olunması üçün hər kəs müəyyən olunmuş qaydalara əməl etməlidir.

Избранный
43
1
teleqraf.com

2Источники