RU

Rusiyanın etirazı nəticə vermədi: Qazaxıstan rus dilindən imtina edir

Qazaxıstan Konstitusiyasının dərc olunmuş layihəsində rus dilinin statusunun aşağı salınması ilə bağlı ifadə saxlanılıb. 

“Cebheinfo.az” xəbə verir ki, sənəd “Kazinform” xəbər agentliyi tərəfindən dərc edilib.

Konstitusiyanın 9-cu maddəsində deyilir: "Dövlət təşkilatlarında və yerli özünüidarəetmə orqanlarında rus dili rəsmi olaraq qazax dili ilə yanaşı istifadə olunur".

Yeni Konstitusiya layihəsində rus dilinin harada istifadə olunacağı ilə bağlı maddədə "bərabər əsasda" sözü "yanaşı" sözü ilə əvəz edilib. Bu, o deməkdir ki, qazax dili rəsmi dil olaraq qalır, lakin dövlət orqanlarında rus dilinin istifadə mexanizmi dəyişir. 

Əvvəllər məlumat qazax dili ilə eyni dərəcədə rus dilində verilirdi. İndi isə bu, ancaq vətəndaşın tələbi əsasında ediləcək. Konstitusiya komissiyasında təmsil olunan parlament üzvləri rus dilində danışmağa davam edə bilərlər. 

Qazaxıstanda rus dili iə bağlı nəzərdə tutulan bu islahat Rusiyanın etirazına səbəb olsa da, nəticə dəyişməyib.

Избранный
20
cebheinfo.az

1Источники