RU

ABŞ vitse prezidentinin Ermənistana səfəri Paşinyana problem yaradır? POLİTOLOQ

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ermənistanda ABŞ vitse-prezidenti Ceyms Vensin İrəvana səfəri və imzalanan sazişlər daxili siyasi müzakirələri daha da gücləndirib.

Avtosfer.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın radikal müxalifəti və onlara yaxın ekspertlər Moskvanın təsiri altında Vensin səfərinin və əldə olunan razılaşmaların əhəmiyyətini azaltmağa çalışırlar.

Onun sözlərinə görə, radikal dairələr ilk növbədə Vensin İrəvanda “soyqırım abidəsi”ni ziyarəti ilə bağlı paylaşımını silməsini tənqid obyektinə çeviriblər. Digər tərəfdən isə ABŞ-nin Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyacağı ilə bağlı razılaşmanı şübhə altına alırlar.

Ekspert bildirir ki, Venslə baş nazir Nikol Paşinyan arasında imzalanan sənədlər Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır. Lakin Paşinyana qarşı olan qüvvələr ABŞ layihəsinin reallaşmasının sual altında olduğunu iddia edirlər. Onların fikrincə, ABŞ-nin digər ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi məhduddur və belə layihələrin istismarı baha başa gələ bilər.

Politoloqun sözlərinə görə, radikalları narahat edən əsas məqamlardan biri də Rusiya və Çinin daha ucuz şərtlərlə modul tipli atom elektrik stansiyası tikintisi təklif etdiyi halda, Paşinyanın ABŞ variantına üstünlük verməsidir. Bu qərarın cəmiyyətlə geniş müzakirə aparılmadan qəbul edildiyi də müxalifət tərəfindən qabardılır.

Politoloq onu da əlavə edib ki, ABŞ-nin Ermənistana satacağı 6 milyon dollar dəyərində kəşfiyyat xarakterli pilotsuz uçuş aparatları da tənqid olunur. Radikallar həmin dronların hücum təyinatlı olmadığını əsas gətirərək onların faydasız olduğunu iddia edirlər.

Politoloqun qənaətinə görə, Vensin səfəri və Vaşinqtonun açıq dəstəyi parlament seçkiləri ərəfəsində Nikol Paşinyanın mövqelərini gücləndirir. O vurğulayır ki, ABŞ-nin Ermənistanda inşa etməyi planlaşdırdığı modul tipli atom elektrik stansiyaları hazırda Rusiyanın idarə etdiyi “Metsamor” AES-i mərhələli şəkildə əvəz edə bilər.

Ermənistan Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyi bir dövrdə hücum xarakterli silahlara ehtiyacının olmaması barədə arqumentlər də məhz bu kontekstdə irəli sürülür.

Eltac Zülfüqaroğlu

Oxunub 50

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
6
avtosfer.az

1Источники