RU

Kəpəz in qapıçısı: Oyunda istədiyimiz keyfiyyəti görə bilmədik

ain.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"İmişli" ilə oyunda komanda şəkilində yaxşı mübarizə apardıq. Yaxaladığımız şanslardan istifadə etməməyimiz və meydan amili qələbə qazanmağımıza mane oldu. Bu sözləri Sport24.az-a açıqlamasında "Kəpəz"in qapıçısı Yusif İmanov deyib.23 yaşlı qolkiper komandasının Misli Premyer Liqasının 19-cu turu çərçivəsində "İmişli" ilə oyun haqda fikirlərini bölüşüb:"Bu cür meydançada futbol oynamaq çətindir. Oyunda istədiyimiz keyfiyyəti görə bilmədik. 90 dəqiqə ərzində üstün olan tərəf biz idik. Şanslarımız çox idi, amma belə meydançada futbol oynamaq olmaz. Liqada qalmaq? Şanslarımız eynidir. Qarşıda oyunlarımız var və bu oyunlarda maksimum nəticə qazanmağa çalışacağıq".İmanov "Kəpəz"in növbəti turdakı rəqibi "Neftçi" haqda söz açıb:"Təbii ki, "Neftçi" kimi zəngin heyətə malik olan komandaya qarşı oynamaq çətin olur. Amma belə görüşlərdər futbolçu inkişaf edir. Əlimizdən gələni edəcəyik ki, oyundan qələbə ilə ayrılaq".Qeyd edək ki, Quba OİK stadionunda keçirilən "İmişli" "Qarabağ" matçı 0:0 hesabı ilə başa çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
8
sport24.az

1Источники