RU

Yüksək Liqa: XIII tura start verilir

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start verilir.

Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə iki görüş baş tutacaq.

Açılış oyununda "Azərreyl" və "Milli Aviasiya Akademiyası" komandaları üz-üzə gələcək. Görüş saat 16:00-da başlayacaq. İki saat sonra baş tutacaq növbəti görüşdə isə "DH Volley" "Turan"ı sınağa çəkəcək. Hər iki oyun Azərbaycan Voleybol Federasiyasının idman zalında keçiriləcək.

Qeyd edək ki, XIII tura fevralın 17-də yekun vurulacaq.

Избранный
8
fanat.az

1Источники