RU

Gülşən Rzayeva: QHT-lər və ictimai fəallar WUF13-də xüsusi rol oynayırlar

Bakı, 12 fevral, AZƏRTAC

WUF13-ün Bakıda keçirilməsi ölkəmiz üçün mühüm və əlamətdar hadisədir. Bu yalnız hökumət qurumlarının deyil, eyni zamanda, qeyri-hökumət təşkilatlarının və ictimaiyyət nümayəndələrinin fəal iştirakını tələb edən qlobal platformadır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin və WUF13-ün Milli Koordinatorunun müavini Gülşən Rzayeva QHT-lər üçün "Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən WUF13 üzrə təlimdə söyləyib.

O bildirib ki, QHT-lər və ictimai fəallar bu prosesdə xüsusi rol oynayırlar. Onlar şəhərsalma siyasətinin daha inklüziv, dayanıqlı və insan mərkəzli şəkildə formalaşmasına töhfə verə, ictimai nəzarəti və ictimai iştirakçılığı gücləndirə bilərlər. WUF13 həm də vətəndaş cəmiyyəti üçün beynəlxalq təcrübə mübadiləsi aparmaq, yeni tərəfdaşlıqlar qurmaq və Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələri dünyaya təqdim etmək baxımından mühüm imkandır.

Избранный
28
1
azertag.az

2Источники