RU

İran sərhədində ABŞ-nin kəşfiyyat təyyarəsi müşahidə edilib

İran sərhədinə yaxın ərazilərdə ABŞ-nin kəşfiyyat təyyarəsi və dronu müşahidə edilib. 

News365.az “RİA Novosti”yə istinadən xəbər verir ki, uçuşlar iki istiqamətdə qeydə alınıb.

Belə ki, “Boeing P-8A Poseidon” təyyarəsi Bəhreyndən qalxaraq Hörmüz boğazı üzərində dövrə vurub. Bundan başqa, Əbu-Dabidən havaya qalxan “MQ-4C Triton” dronu Oman körfəzi üzərində müşahidə edilib.


Xatırladaq ki, daha əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent ölkəsinin İran yaxınlığında əlavə hərbi qüvvələr topladığını açıqlamışdı.

Избранный
26
1
news365.az

2Источники