Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bu gün məlum olacaq.
Offsideplus.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv püşkatmaya D Liqasının 1-ci səbətində qoşulacaq.
Burada həmçinin Litva, Latviya/Cəbəllütariq cütünün məğlubu, Lüksemburq/Malta cütünün məğlubu da yer alacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə sentybarın 24-də start veriləcək.