Bakının Nəsimi rayonunda yerləşən qəzalı yaşayış binaları söküləcək. Söhbət Mirəli Qaşqay küçəsi 34 ünvanında yerləşən, 1-2 mərtəbəli və 50-dən artıq ailənin məskunlaşdığı köhnə tikililərdən gedir.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və binaların mövcud vəziyyəti qiymətləndirilib. Mənzillərin ölçülərini dəqiqləşdirərək texniki sənədləşmə işlərinə başlayıblar.
İlkin planlara əsasən, söküləcək ərazidə yaşıllıq zonası və parkın yaradılması nəzərdə tutulur. Layihənin detalları hələlik açıqlanmasa da, söküntü işlərinin cari ilin aprel ayından etibarən başlanacağı bildirilir.
Qeyd edək ki, söküntü ilə bağlı sakinlərlə danışıq aparılsa da, onlara ödəniləcək kompensasiya məbləği barədə məlumat verilməyib.
Publika.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə bildirib ki, kompensasiya mexanizmi üzrə hazırda iki əsas yanaşma mövcuddur: