RU

Qırğızıstan parlamentinin sədri istefa verib

Bakı. Trend:

Qırğızıstan parlamentinin sədri Nurlanbek Turğunbek keçiriləniclas zamanı vəzifəsindən istefa verib.

Trend bu baradəxarici KİV-ə istinadən xəbər verir.

"Ölkədə baş verən siyasi hadisələrlə əlaqədar hesab edirəm ki,deməliyəm: mən bir və ya iki nəfərə xidmət etmirəm, xalqa, dövlətəvə parlamentə xidmət edirəm. Öz istəyimlə istefa vermək qərarınagəldim. Bu, kənar təzyiq olmadan qəbul edilmiş şəxsi qərarımdır", –deyə Turğunbek bildirib.

Qeyd edilir ki, Turğunbek 17 dekabr 2025-ci ildə VIII çağırışparlamentinin sədri seçilib. O, əvvəlki çağırışda da ölkəninqanunverici orqanına rəhbərlik edib.

Spikerin istefası məsələsi Qırğızıstan Milli Təhlükəsizlik üzrəDövlət Komitəsinin sədri Kamçıbek Taşiyevin vəzifədən azadedilməsindən sonra müzakirə olunurdu. Lakin parlamentdə bu məlumattəkzib edilirdi.

Məqalədə:
Избранный
17
az.trend.az

1Источники