RU

“ChatGPT” şəkillərimizi oğurlayır Xəbərdarlıq

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Sosial şəbəkələrdə süni intellekt vasitəsilə yaradılan trendlərin təhlükəli bir hala çevrilməsi ilə bağlı müəyyən narahatlıqlar var. Onsuz da “ChatGPT” və digər platformaların insanlar haqqında müəyyən məlumatlara sahib olduğu düşünülür. Bu cür trendlər vasitəsilə isə istifadəçilərin şəkilləri də toplanır. Nəticədə, müəyyən bir bazada insanların şəkillərinin, hətta gizli xarakter xüsusiyyətləri kimi şəxsi məlumatlarının yığılması ehtimalı insanlarda narahatlıq yaradır.

Bu barədə Demokrat.az-a açıqlamasında İT mütəxəssisi Elvin Abbasov deyib ki, “ChatGPT”də karikatura trendi kimi əyləncəli görünən tətbiqlər, əslində şəxsi məlumatların təhlükəsizliyi üçün ciddi risklər yaradır:

“Siz şəklinizi yüklədiyiniz zaman süni intellekt təkcə onu dəyişmir, həm də üz cizgilərinizin biometrik xəritəsini çıxararaq öz məlumat bazasını təlimatlandırır. Bu prosesdə ən böyük təhlükə yüklənən fotoların şirkətin mülkiyyətinə keçməsi və gələcəkdə "deepfake" kimi saxta kontentlərin yaradılmasında istifadə edilmə ehtimalıdır. Həmçinin şəkillərin daxilindəki metadata vasitəsilə gizli şəxsi məlumatlarınızın sızması riski də hər zaman mövcuddur. Şəxsi məlumatlarınızı qorumaq üçün bu cür alətlərdən istifadə edərkən mütləq tətbiqin tənzimləmələr bölməsindən "məlumatların təlim üçün istifadəsi" (data training) seçimini deaktiv etməlisiniz. Mümkün qədər arxa fonda evinizin içi, uşaqlar və ya şəxsi sənədlər olan fotoları paylaşmaqdan qaçınmalı və yalnız reputasiyası məlum olan rəsmi platformalara üstünlük verməlisiniz. Unutmayın ki, rəqəmsal dünyada təhlükəsizliyin qızıl qaydası minimum məlumat paylaşımı prinsipidir, çünki bir dəfə internetə sızan biometrik məlumatı geri qaytarmaq mümkün deyil”.Leyla Turan

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
26
demokrat.az

1Источники