RU

Bu ölkədə sərnişin təyyarəsinə hücum Pilotlar öldürüldü Video

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İndoneziyada eniş zamanı yüngülmühərrikli sərnişin təyyarəsinə silahlı hücum edilib.

“Qafqazinfo” “Antara News”a istinadən xəbər verir ki, hadisə nəticəsində iki pilot həyatını itirib.

Məlumata görə, Tanah Merah şəhərindən havaya qalxan “Cessna Grand Caravan” tipli təyyarə Cənubi Papua əyalətinin Boven Digoel bölgəsində yerləşən hava limanına eniş edərkən silahlı şəxslərin atəşinə məruz qalıb.

Hücum zamanı təyyarənin göyərtəsində 13 sərnişin olub. Sərnişinlərin vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Hadisə ilə bağlı araşdırma başladılıb, hücumu törədən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
18
qafqazinfo.az

1Источники