BMT-nin Baş katibi Antonio Quterreş Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla görüşüb.
"Report"un ABŞ bürosu xəbər verir ki, görüş BMT-nin Nyu-Yorkdakı qərargah binasında baş tutub.
Görüş zamanı tərəflər Kipr məsələsi ilə bağlı prosesin gələcək istiqamətlərini müzakirə ediblər.