Nyu-York şəhərinin meri Zöhran Mamdani seçki kampaniyası zamanı irəli sürdüyü təklifləri - ildə 1 milyon dollardan çox qazanan şəhər sakinləri üçün vergilərin iki faiz bəndi artırılmasını, eləcə də ştatın korporativ vergi dərəcəsinin yüksəldilməsini tələb edib.
"Far.Az"un "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə mer Nyu-York Ştat Senatının 2026-cı il büdcəsi ilə bağlı büdcə dinləmələrində çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəhər büdcəsinin kəsiri xidmətləri azaltmadan, yenilənmiş gəlir və bonus hesablamaları nəzərə alınmadan və cari ilin ehtiyatlarından istifadə edilmədən sərt qənaət siyasəti sayəsində 12 milyard dollardan 7 milyard dollara endirilib.
Mer bildirib ki, büdcə boşluğunun azalmasına baxmayaraq, Nyu-York şəhəri hələ də təhlükənin kənarındadır: "Mən inanıram ki, ən varlı vətəndaşlar və ən gəlirli korporasiyalar hər kəsin layiqli həyat sürməsi üçün bir az daha çox töhfə verməlidirlər. Buna görə də korporativ vergini artırmaqla yanaşı, ən varlı nyu-yorklular üçün gəlir vergisinin 2% artırılmasını təklif edirəm. Verginin iki faiz bəndi artırılması şəhərin büdcə kəsirinin demək olar ki, yarısını ödəyəcək".