RU

Rusiyada Vatsap və Yutub tamamilə bloklandı

Rusiyada “vatsap" mesenceri birdəfəlik bloklanıb.

Bu barədə yerli informasiya mənbələri məlumat yayıb.

Mesencerə məxsus domen adı Milli Domen Adları Sisteminin reyestrindən çıxarılıb.

Bu səbəbdən artıq ölkə daxilində VPN xidmətlərindən istifadə etmədən "Vatsap" tətbiqinə giriş qeyri-mümkündür.

Eyni zamanda Rusiya mediası Yutub (YouTube) şəbəkəsinə də girişin tam bağlandığını yazıb.

Məlumata görə, “Roskomnadzor” video xidmət şəbəkəsinin domenlərini DNS xidmət serverindən silib, buna görə də hazırda Yutub veb saytını tapmaq belə mümkün deyil. Lakin rəsmi olaraq Rusiyada heç kim Yutubu bloklamayıb.

Qeyd edək ki, Rusiya Teleqrama da məhdudiyyət tətbiq edib.

"Cebheinfo.az" 

Избранный
18
cebheinfo.az

1Источники