RU

“O, ABŞ nin kiçik Kvaratsxeliyası ola bilər” amerikalılar Nərimandan yazır

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dünən “Kolambus Kryu” ilə uzunmüddətli müqavilənin detallarını razılaşdıran Nəriman Axundzadə yeni komandasının azarkeşləri tərəfindən ehtiramla qarşılanıb.“Football-plus.az”ın məlumatına görə, “Qarabağ”ın sabiq futbolçusunun transfer xəbərinin rəsmən açıqlanmasından sonra klubun sosial şəbəkə hesablarına axışan tərəfdarlar 21 yaşlı hücumçu haqda xoş sözlər yazıb.“Law Layer”: “Ümid edirəm ki, bacarıqlı biri olarsan”.“Matthew Dixon”: “Ən bacarıqlı futbolçuların çoxunu itirmişdik. Amma indi Azərbaycanın ən bacarıqlı futbolçularından birini aldıq”.“Jeremy Dicus”: “Bura çoxlu pul qazanmağa gəlib. Çünki klub gənclərə daha çox maaş verir. Xüsusən əsas komandada oynayanlara”.“Brad Bickhart” “Nəriman Axundzadə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”dan gəlib. Əminəm ki, komanda onunla birlikdə olmağı səbrsizliklə gözləyir”.“TJ Casto”: Nərimanı klubumuza gətirən hər kəsə təşəkkür edirəm. O, ABŞ-nin kiçik Kvaratsxeliyası ola bilər”.“Jon Shecket”: “Onu tanıyıram. Çempionlar Liqasında əla məhsuldar ötürmələri var”.“Kyle Lewis”: “Hücumun mərkəzində oynamalıdı. Dieqo Rossi və Vessam Abu Alinin önündə çox əla işlər görə bilər”.Xatırladaq ki, ABŞ təmsilçisi Nərimanla 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.KƏNAN BAHADIR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
8
2
icma.az

3Источники