Dünən “Kolambus Kryu” ilə uzunmüddətli müqavilənin detallarını razılaşdıran Nəriman Axundzadə yeni komandasının azarkeşləri tərəfindən ehtiramla qarşılanıb.
“Football-plus.az”ın məlumatına görə, “Qarabağ”ın sabiq futbolçusunun transfer xəbərinin rəsmən açıqlanmasından sonra klubun sosial şəbəkə hesablarına axşışan tərəfdarlar 21 yaşlı hücumçu haqda xoş sözlər yazıb.
“Law Layer”: “Ümid edirəm ki, bacarıqlı biri olarsan”.
“Matthew Dixon”: “Ən bacarıqlı futbolçuların çoxunu itirmişdik. Amma indi Azərbaycanın ən bacarıqlı futbolçularından birini aldıq”.
“Jeremy Dicus”: “Bura çoxlu pul qazanmağa gəlib. Çünki klub gənclərə daha çox maaş verir. Xüsusən əsas komandada oynayanlara”.
“Brad Bickhart” “Nəriman Axundzadə Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazanan “Qarabağ”dan gəlib. Əminəm ki, komanda onunla birlikdə olmağı səbrsizliklə gözləyir”.
“TJ Casto”: Nərimanı klubumuza gətirən hər kəsə təşəkkür edirəm. O, ABŞ-nin kiçik Kvaratsxeliyası ola bilər”.
“Jon Shecket”: “Onu tanıyıram. Çempionlar Liqasında əla məhsuldar ötürmələri var”.
“Kyle Lewis”: “Hücumun mərkəzində oynamalıdı. Dieqo Rossi və Vessam Abu Alinin önündə çox əla işlər görə bilər”.
Xatırladaq ki, ABŞ təmsilçisi Nərimanla 2029-cu ilin iyununa qədər müqavilə imzalayıb.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта