RU

“Aygün Kazımovanın ad günündən özünə piar qazananlar oldu”

“Sənətdən gələn pul daha bərəkətli olur. Ailə biznesimiz var, onun üzərindən həyatımıza davam edirik. Bu yaxınlarda eşitdim ki, Bülent Ərsoyun 8 milyon dollar pulu, evləri var. Bəlkə də daha çoxdur. Bir az təəssüf hissi keçirdim. Söhbət Bülent Ərsoydan getmir. Onların sənətçilərinin əlində olan pul bizim ifaçılarımızınkından qat-qat çoxdur".

"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Elvin Abdullayev “Full şou”da deyib. O, son illər sənətin ucuzlaşmasından gileylənib:

“Bilmirəm nədən qaynaqlandı, amma sənət son illərdə çox ucuzlaşdı. Əvvəllər bu qiymətlər deyildi. Qadınları qoyuram kənara, son vaxtlar kişilər bir-birinə atmaca atır. Baxıram və ürəyim bulanır. Bir sənətkarı qoyublar məsxərəyə, çıxıb ona söz atırlar. Biri, daha sonra isə digəri çıxıb nəsə deyir. Mən sadəcə olaraq bu şeylərə gülmək üçün baxıram. Bütün bunlar insanın dəyərini, səhnə qiymətini ucuzlaşdırır".

Elvin Xalq artisti Aygün Kazımovanın ad günündə özünə xeyli piar qazanan ifaçıların olduğunu da bildirib:

“Aygün Kazımova özünə ad günü keçirdi və bu məclisdən özünə o qədər piar qazanan ifaçılar var ki... Mən əvvəllər Aygün Kazımova ilə çalışmışam. Hər il onun ad gününə gedirdim. Düşünmürdüm ki, bir piar qazanım. Elə bilirdim ki, qohumumun ad gününə gedirəm. Amma ora gedənlər düşünür ki, özlərinə bir piar qazansınlar"./Axşam.az


Telegram kanalımız
Избранный
10
2
yenisabah.az

3Источники