RU

Baş məşqçi intizam cəzası ilə üzləşə bilər

İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte intizam cəzası ilə üzləşə bilər.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis İtaliya Kubokunda "Komo" ilə matç zamanı baş hakim Canluka Manqaniellonu təhqir edib.

Hadisə rəqib komandanın müdafiəçisi Hakobo Ramonun iştirak etdiyi epizodda baş verib.
 

Hakimin VAR monitoruna yaxınlaşaraq epizodu izləməsini tələb edən Konte əsəblərinə hakim ola bilməyib və referini "axmaq" adlandırıb.


Məlumata görə, artıq federasiya nümayəndələrinin hadisə ilə bağlı video və səs yazılarını topladığı bildirilir. Əgər Konte günahını etiraf edib cərimə ödəməklə razılaşmasa, onu 1 oyunluq diskvalifikasiya gözləyir.

Bizim.Media

Избранный
6
2
bizim.media

3Источники