RU

Ukraynanın 60 milyard avro yardıma ehtiyacı var

Ukraynanın cari ildə öz ehtiyaclarını ödəmək üçün 60 milyard avro həcmində xarici yardıma ehtiyacı var.

“İki sahil” xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Brüsseldə Avropa İttifaqı (Aİ) ölkələrinin müdafiə nazirlərinin planlı görüşü çərçivəsində bildirib.

"Təkcə bu il Ukraynanın ehtiyaclarını təmin etmək üçün xarici dəstəyə olan tələbat 60 milyard avro təşkil edir. Buna görə də hər iki mənbədən - ikitərəfli, yəni milli mənbədən və Avropa mənbəyindən gələn hər bir milyard əhəmiyyət kəsb edir", - Pistorius deyib.

O, həmçinin qeyd edib ki, Ukraynaya kredit ayrıldıqdan sonra Aİ ölkələrinə əlavə vəsait lazım olacaq: "Bizə əlavə pullar lazımdır".

Bundan əvvəl Aİ-nin 27 ölkəsindən 24-nün (Çexiya, Macarıstan və Slovakiya istisnadır) səfirləri Ukrayna üçün dekabrda qurumun sammitində razılaşdırılmış 2026-2027-ci illəri əhatə edən 90 milyard avroluq maliyyələşdirmə mexanizmini təsdiqləyiblər. Bu pulların üçdə biri Ukraynanın dövlət büdcəsinin maliyyələşdirilməsinə, qalan üçdə ikisi isə silah tədarükünə yönəldiləcək. Aİ ölkələri pullar üçün maliyyə bazarlarından borc götürməli olacaqlar, faiz ödənişlərini isə Avropa Komissiyası Aİ-nin büdcəsindən həyata keçirəcək.

Избранный
11
1
ikisahil.az

3Источники