“Enerji sahəsində atəşkəslə bağlı ruslardan cavab almamışıq. Əvəzində Ukrayna Rusiyadan dron və raket hücumları alıb. Bu, onu göstərir ki, onlar Amerika tərəfinin Əbu-Dabidə təklif etdiyi enerji atəşkəsinə hələlik hazır deyillər”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski jurnalistlərə bildirib.
Zelenski həmçinin bildirib ki, üçtərəfli danışıqların növbəti raundunun Mayamidə keçirilməsini amerikalılar təklif ediblər, lakin Rusiya tərəfi tərəddüd edir.
“Biz dərhal təsdiqlədik. Ruslardan cavab gözlədik. Hələlik, mənim başa düşdüyümə görə, Rusiya tərəddüd edir: bu, yenidən Yaxın Şərq, yoxsa Amerika ilə bağlı təklif olacaq. Biz hazırıq, bizim üçün fərqi yoxdur – Mayamidə və ya Əbu-Dabidə görüşək. Əsas odur ki, nəticə olsun”, – deyə Zelenski qeyd edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта