RU

Estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğrayıb - ŞİKAYƏT və CAVABVİDEO

Bakıda edilən estetik əməliyyatdan sonra vətəndaşın üzü deformasiyaya uğrayıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxt sakini Gülzar Mikayılovanın başına gəlib.

O iddia edir ki, canlı söhətdə gördüyü kampaniya ilə bağlı "Dəniz Hosbital"a gedib.

Ona "Üzgərmə və bir neçə fərqli prosedurlar ediləcək" deyilsə də, xəstəxanada bunlardan birinin həyata keçirilməyəcəyi qeyd edilib. Gülzar Mikayılovanın iddiasına görə, əməliyyatı canlı söhbətdəki həkim yox, başqası, Həmid Əsədov edib.

Əməliyyatdan sonra üzündə olan problemləri görən xanım yenidən həkimə müraciət etmək istəsə də, bu, bir müddət mümkün olmayıb. Daha sonra aparılan danışıqda həkim bildirib ki, pulu geri qaytaracaq, lakin bunu da etmir.

Hadisədə adı hallanan həkim Həmid Əsədovla əlaqə saxladıq.

O, iddiaları təkzib edərək "Xəzər Xəbər"ə bildirdi ki, əməliyyatdan sonra yaranan deformasiya qanda olan problemə görədir. Həmin çapıq getsin deyə müalicə təklif olunsa da, qarşı tərəf qəbul etməyib və hədə-qorxu ilə pul tələb edib. Bir müddət isə tibbə aid olmayan səbəblərdən fəaliyyət göstərməyib. Hazırda isə işləmədiyinə görə ödənişi qaytara bilmir. İşinə geri qayıtdıqdan sonra pulu verəcək.

Əməliyyatın icra edildiyi xəstəxana ilə də əlaqə saxladıq. Amma geridönüş ediləcəyi bildirilsə də, əlaqə saxlanılmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
18
4
xezerxeber.az

5Источники